“Avropanın gələcəyinin taleyi məhz bizim torpaqda həll olunur” - Zelenski

 

Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır.

Bizim.Media xəbər verir ki, bu fikri Ukraynanın dövlət başçısı Vladimir Zelenski söyləyib.

Zelenski qeyd edib ki, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqla avropalı tərəfdaşları ilə irəliyə doğru birgə addımlayır.

“Ukraynalılar artıq Avropanın həyatına təsir göstərir. Avropanın gələcəyinin taleyi məhz bizim torpaqda həll olunur. Ukraynanın Avropa ölkələrinin birliyinə tam inteqrasiyasını təmin edəcəyik və bu, qitəmizdəki azadlıq, demokratiya və bərabərliyin təməl dəyərlərinin geniş miqyaslı tərəqqi və inkişafın əsas elementləri olduğunu göstərəcək”, - deyə Zelenski əlavə edib.

Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur

SONRAKI XƏBƏR

Qırğız Respublikası prezidenti ölkənin yeni Konstitusiyasını imzalayıb