David Zalkaliani: "Azərbaycana səfər etməkdən məmnunluq duyuram"

David Zalkaliani: "Azərbaycana səfər etməkdən məmnunluq duyuram"

"Gürcüstanın hökümət başçısı İrakli Qaribaşvili ilə Azərbaycana səfər etməkdən məmnunluq duyuram".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Bakıya rəsmi səfəri ilə bağlı özünün “Twitter” hesabında etdiyi paylaşımında qeyd edib.

O bildirib ki, səfər çərçivəsində baş tutacaq yüksək səviyyəli görüşlərdə, həmçinin aparılacaq danışıqlarda Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sferalarda əməkdaşlığın intensivləşdirilməsi yolları müzakirə ediləcək.

Mənbə: apa.az