Tacikistan Prezidenti Emoməli Rəhmon 9 mayda Moskvada keçiriləcək paradda iştirak edəcək. Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Tacikistan Prezidenti və onu müşayiət edən nümayəndə heyəti Düşənbə şəhərindəki qələbənin 76-cı ildönümü münasibətilə bayram tədbirlərindən dərhal sonra Moskvaya yola düşəcək", - deyə məlumatda qeyd olunub.
Pərvanə Sultanova
Mənbə: azvision.az