Bunun əvəzini Rusiyaya ödətdirəcəyik - Blinken

Bunun əvəzini Rusiyaya ödətdirəcəyik - Blinken

ABŞ rəsmiləri Ukraynanın şərqindəki vəziyyətə görə Rusiyaya qarşı birtərəfli tədbirlər görməyə davam edəcəklər.

Axar.az xəbər verir ki, bunu Ukraynada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə Rusiyanın Donbasa təcavüzü nəticəsində həlak olan ukraynalıların abidəsinə güllər düzdük. Moskva nə qədər ki, münaqişənin sülh yolu ilə həllini seçməyib, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya əvəzini ödətdirəcək”, - Blinken bildirib.

Mənbə: axar.az