Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm”

“Mən türk mallarının satışının qadağan olacağına söz verməmişəm”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan deyib.

O, belə bir ehtimalın yalnız nəzərdən keçirildiyini qeyd edib.

Vaan Kerobyanın sözlərinə görə, türk mallarının idxalına qoyulan qadağaya baxmayaraq, onları yenə gətirməyə davam edirlər. Bu isə bazarda qeyri-bərabər rəqabətə səbəb olur.

"Bugünkü problem qadağanın pozulmasına görə hansı orqanın və kimlərin məsuliyyət daşdığı barədə qərar verməklə də bağlıdır" - Kerobyan deyib.

Xatırladaq ki, Türk məhsullarının idxalına altı aylıq qadağa Ermənistanda 31 dekabr 2020-ci ildən qüvvəyə minib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir

SONRAKI XƏBƏR

Olimpiya tarixində ilk dəfə yarışmaya transgender qadın qatılacaq