Ermənistanda Azərbaycanofobiya (VİDEO)

"İkinci Qarabağ müharibəsindən əvvəl və post-müharibə dövründə Ermənistan cəmiyyətində, konkret olaraq əhali arasında, mediada Azərbaycana qarşı düşmən münasibət sərgilənir, ksenofobiya, ədavət dilindən istifadə olunur, Azərbaycanafobiya meylləri genişlənir. Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi" adlı hesabatda yer alıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev rus dilində hazırlanan hesabatı ictimaiyyətə təqdim etdi.

Bildirildi ki, araşdırmalar göstəriri ki, nifrət nitqi hökumət səviyyəsində təbliğ olunur. Məsələn, Nikol Paşinyan ilk dövrlərdə fərqli fikirlər desə də, bir neçə ay sonra onun da bu kampaniyanın davamçısı olduğu üzə çıxdı. Odur ki, mərkəzin hazırladığı hesabat beynəlxalq ictimaiyyətə çatdırılacaq.

Hətta Araşdırmanın tezliklə ingilis dilinə tərcümə olunaraq daha geniş oxucu kütləsinə təqdim edilməsi nəzərdə tutulur.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bir çox regionların bazarlarında Huawei smartfonlarının qıtlığı yaşanır

SONRAKI XƏBƏR

İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi: Polislər tərəfindən xilas edildi - FOTO/VİDEO