Ermənistanı narahat edən 907-ci düzəliş - VİDEO

ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi bu il də müvəqqəti dondurması və Azərbaycana hərbi yardımları davam etdirməsi Ermənistanda çalxalanma yaradıb. Bu xəbər Ermənistan cəmiyyətində və erməni lobbisisində sözün əsl mənasında soyuq duş effekti yaratdı. Çünki onlara elə gəlirdi ki, Bayden soyqırım açıqlaması veribsə, Azərbaycan və Türkiyə əleyhinə düşmənçilik siyasəti yürüdəcək.

Politoloq İlyas Hüseynov hesab edir ki, rəsmi İrəvan belə bir addım atmaqla Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə ciddi zərbə vura bilər.

Qeyd edək ki, Sovetlər Birliyi dağılandan sonra Amerika Konqresi “Azadlığa dəstək aktı” qəbul etdi. Bu sənəd bütün keçmiş müttəfiq respublikalara humanitar yardım məqsədi daşıyırdı. Lakin Azərbaycan bundan kənarda qaldı. 1992-ci ildə erməni lobbisinin nümayəndələrinin təsiri altında sənədə düzəliş qəbul edildi və Azərbaycanın adı siyahıdan çıxarıldı. Bununla da Amerika Birləşmiş Ştatları qəbul etdiyi 907-ci sənədə düzıliş etməklə Azərbaycana dövlət yardımını dayandırdı. Azərbaycan hökuməti 907-ci düzəlişin ləğvini tələb etsə də istıyinə nail ola bilmədi. Lakin 2001-ci il sentyabrın 11-də ABŞ-da məşhur ekiz qüllələrin vurulması ilə vəziyyət kökündən dəyişdi VƏ düzəliş müvəqqəti olaraq donduruldu. Onu da əlavə edək ki, 1992-ci ildə 907-ci düzəlişin qəbul edilməsində ABŞ-ın hazırki prezidenti Co Baydenin xüsusi fəallığı olmuşdur.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Rəqs etməklə xərçəngdən sağalan qadının sirri - 93 yaşlı ANNA

SONRAKI XƏBƏR

ABŞ Çinin raketini vuracaq? - Açıqlama