Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı

On bir ölkənin ATƏT yanında Daimi Nümayəndəlikləri II Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqəti müdafiə etmək və qorumaqla bağlı çağırış ediblər.

“Report”un məlumatına görə, bu barədə Daimi Nümayəndələrin Böyük Vətən müharibəsində Qələbənin 76 illiyi münasibəti ilə qəbul etdiyi birgə bəyanatda deyilir.

Bəyanat Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri tərəfindən qəbul edilib.

“Müqəddəs borcumuz, xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etməkdir. II Dünya Müharibəsi tarixinin, onun səbəblərini və nəticələrini saxtalaşdırmaq, nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir etmək müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və pozulmasına kömək edir.

Bu baxımdan nasist hərəkatının istənilən formada, xüsusəndə "SS" zabitlərinin və onların tərəfdarlarının qəhrəmanlaşdırılması qəbuledilməzdir”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Qalatasaray”ın braziliyalı ulduzuna 15 milyonluq təklif

SONRAKI XƏBƏR

Estetik cərrahlar 16 məşhurdan “mükəmməl qadın” yaratdılar - FOTO