Yeqor Liqaçyov 100 yaşında vəfat etdi

Yeqor Liqaçyov 100 yaşında vəfat etdi

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi Yeqor Liqaçyov 100 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Tomsk vilayəti Administrasiyasının İnformasiya siyasəti departamentinin rəisi Aleksey Sevostyanov bildirib.

“Bu gün axşam, mayın 7-də Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçov ömrünün 101-ci ilində Moskvada vəfat edib”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, sovet və Rusiya siyasi və dövlət xadimi Y. Liqaçyov 1920-ci il noyabrın 29-da Tomsk quberniyasının Dubinkino kəndində anadan olub. O, 1983-1990-cü illərdə Sov.İKP MK-nın katibi, 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü olub, 1985-1988-ci illərdə Sov.İKP MK-nın katibi kimi ideologiya məsələlərinə cavabdehlik daşıyıb. Faktiki olaraq Mixail Qorbaçovdan sonra partiyada ikinci şəxs sayılıb. Elə həmin dövrdə SSRİ-də antialkoqol kampaniyasının təşəbbüskarlarından və rəhbərlərindən biri olub. O, həmçinin Boris Yeltsinə dediyi “Boris, tı ne prav” (Boris, sən haqlı deyilsən-red.) ifadəsi ilə məşhurdur.

Mənbə: qafqazinfo.az