Putindən qırğız və taciklərə mesaj

Putindən qırğız və taciklərə mesaj

Rusiya Prezidenti Vladimir Putin və özbəkistanlı həmkarı Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Məlumata görə, liderlər Qırğızıstan-Tacikistan sərhədindəki baş verən son hadisələr də daxil olmaqla, Mərkəzi Asiyadakı vəziyyəti müzakirə ediblər.

Putin və Mirziyayev anlaşılmazlığın siyasi və diplomatik yollarla həlli istiqamətində Bişkek ilə Düşənbənin razılaşmasını məmnuniyyətlə qarşılayıb və bu yöndə istənilən şəkildə dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Mənbə: axar.az