Maliki Ankaradan səsləndi: İsrailə təzyiq edin!

Maliki Ankaradan səsləndi: İsrailə təzyiq edin!

Siyasi duruşu ilə Türkiyə Fələstin davasını həqiqətən dəstəkləyir. Türkiyə Fələstin xalqına dəstək verən hər kəsdən öndədir.

Axar.az xəbər verir ki, bunu Ankarada səfərdə olan Fələstin xarici işlər naziri Riyad əl-Maliki deyib.

"İsrail nəzarətində olan Fələstin torpaqları ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün 22 mayda keçirilməli olan seçkilər təxirə salınıb. Beynəlxalq ictimaiyyətdən Fələstinin seçki keçirməsi üçün İsrailə təzyiq göstərməsini istəyirik", - Maliki qeyd edib.

Mənbə: axar.az