Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı

Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı

Rusiya prezidentinin keçmiş baş pilotu Konstantin Tereşenko Vladimir Putinin uçuşdakı davranışından danışıb.

 

Modern.az xəbər verir ki, o, TASS-a verdiyi müsahibədə bildirib ki, dövlət başçısı bir səfərə uçursa, o zaman təyyarədə çox işləyir.

 

Tereşenkonun sözlərinə görə, Putin heyətin işinə qarışmır və köməkçilər vasitəsilə pilotlardan hər hansı bir hesabat alır.

 

“Prezident çox rahat bir sərnişindir. Hər vəziyyətdə hər zaman sakit olur. Daha sərt tələbləri olmur. Yalnız uçuşun təfərrüatlarını soruşa bilər və ya problemimiz varsa aydınlaşdıra bilər. Uçuşun sonunda həmişə heyət üzvlərinə təşəkkür edir”, - deyə Tereşenko xatırladıb.

 

T.İSMAYIL

Mənbə: modern.az