Donbasda atışma nəticəsində 2 hərbçi ölüb

Donbasda atışma nəticəsində 2 hərbçi ölüb

Ukraynanın şərq regionu – Donbasda hərbçilər hücuma məruz qalıblar.

Separatçıların açdığı atəş nəticəsində 2 hərbçi ölüb, 1 nəfər yaralanıb. Münaqişə bölgəsində bir neçə dəfə atəşkəsin pozulduğu bildirilir. Atışmanın baş verdiyi gün Ukrayna prezidenti Vladimir Zelenski Benilüks ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Nazirlər Donbas münaqişəsində Ukrayna hökumətinə dəstəklərini ifadə ediblər. Rəsmilərin daha sonra münaqişə zonasına səfəri baş tutub.

Qeyd edək ki, Donbasda ilin əvvəlindən indiyə qədər 36 hərbçi öldürülüb. Rəsmi Kiyev separatçıların Rusiyadan dəstək aldığını bildirir və buna görə Kremli ittiham edir. Zelenski bir neçə gün əvvəl Rusiya qoşunlarının bir hissəsinin geri çəkdiyini desə də, qalan hərbi texnikanı təhlükəsizlik üçün ciddi təhdid adlandırıb.

Mənbə: www.realtv.az