ABŞ bizə buna hazır olduğunu dedi - Tehran

ABŞ bizə ölkəmizə tətbiq olunan sanksiyaların əksəriyyətini ləğv etməyə hazır olduğunu bildirdi.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Abbas Arakçı çıxış edib.

"Amerikalılar bizə nüvə anlaşmasına qayıtmaq barədə ciddi düşündüklərini dedilər. Ancaq ABŞ-ın sanksiyaların əksəriyyətini aradan qaldırması bizim üçün yetərli deyil. Vyana danışıqlarında istəklərimiz yerinə yetirilənə qədər davam edəcəyik", - Arakçı vurğulayıb.

Qeyd edək ki, daha öncə Arakçı açıqlamasında ABŞ-ın enerji, banklar və limanlara tətbiq etdiyi sanksiyaları ləğv etməsi barədə razılaşdıqlarını bəyan edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bill Geyts koronavirus əleyhinə peyvəndlərdən danışdı

SONRAKI XƏBƏR

Bu serialların tamaşaçılarına PİS XƏBƏR