Aİ liderlərinin sammiti başlayıb

Aİ liderlərinin sammiti başlayıb

Avropa İttifaqı liderlərinin, əsasən, iqtisadi və səhiyyə məsələlərinə dair şəxsən iştirakları ilə 2 günlük sammiti başlayıb.

Portuqaliyanın Portu şəhərində baş tutan konfransında liderlər pandemiyanın blok ölkələrinə vurduğu zərəri və onun aradan qaldırılması yollarını müzakirə ediblər. Almaniya kansleri Angela Merkel və Niderlandın baş naziri Mark Rutte konfransa videobağlantı ilə qoşulub. Konfransda virusa qarşı vaksin texnologiyasının paylaşılması məsələsi də prioritet təşkil edir. Liderlər pandemiyaya son qoymaq üçün lazımi tədbirləri sürətləndirməyə çalışdıqlarını bildiriblər. Konfransın yekununda 3 əsas hədəfin təsdiqlənəcəyi gözlənilir. Liderlər Avropada məşğulluğu 78 faiz səviyyəsinə yüksəltmək, yaşlı nəslin 60 faizini hər il məşğələ kurslarına cəlb etmək və yoxsulluq və sosial cəhətdən təcrid olunma risklərini azaltmağı qarşılarına hədəf qoyublar.

Hələlik Avropanın 11 ölkəsi bu hədəfləri alqışladığını bəyan edib.

Mənbə: www.realtv.az