Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı

Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı

İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.

"Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.

O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.

Mənbə: news.milli.az