Kravçuk: Ukrayna Türkiyədən ölümcül silah alır

Ukrayna ABŞ və digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Kiyev ölümcül silah tədarükünə arxalana bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Blinken təsdiqlədi ki, hərbi-texniki əməkdaşlıq təkcə ABŞ-la inkişaf etməyəcək. Zelenskinin bu yaxınlarda Böyük Britaniya və Türkiyəyə səfərləri zamanı hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bizə ölümcül silahların satılmasına qadağa qoyulan vaxtlar keçdi. İndi isə biz bilirik ki, söhbət istənilən silahdan gedir: Uçan aparatlar, tank əleyhinə raketlər... Bütün bunlar alınıb-satılacaq”, - deyə Kravçuk bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı

SONRAKI XƏBƏR

“Şuşanın keçmişini unutmadan bugünkü qələbə sevincini yaşamaq Azərbaycan xalqının haqqıdır”