“Şuşanın keçmişini unutmadan bugünkü qələbə sevincini yaşamaq Azərbaycan xalqının haqqıdır”

“Şuşanın keçmişini unutmadan bugünkü qələbə sevincini yaşamaq Azərbaycan xalqının haqqıdır”

“Şuşanın keçmiş faciəvi taleyindən öz gələcəyimiz üçün nəticə çıxarmalı və hər zaman ağlımızda tutmalıyıq ki, torpağı qoruyub saxlamaq lazımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

 

 

Sabir Rüstəmxanlı hesab edir ki, Şuşanın keçmişini unutmadan bugünkü qələbə sevincini yaşamaq Azərbaycan xalqının haqqıdır: “Şübhəsiz ki, nəticə bizim, şanlı Azərbaycan ordusunun qələbəsidir. Nəticə Azərbaycan ordusunun işğalçı Ermənistan ordusundan qat-qat üstün olmasıdır. Nəticə Azərbaycanın yolunun haqq olduğudur! Şükür olsun ki, bu gün artıq millətin 30 illik əziyyətinin, qaçqınlıq həyatının, dünyanın bir sıra güclü dövlətlərinin Azərbaycana qarşı az qala cəza kimi tətbiq etdikləri ədalətsizliyin sonudur. Nəticə budur: artıq Şuşada Azərbaycan bayrağı dalğalanır, Prezident İlham Əliyev tez-tez Şuşaya səfər edir və mədəniyyətin beşiyi sayılan bu şəhər yenidən qurulur. Fikrimcə, biz bütün bunlarla yanaşı, illər əvvəl 8 mayda Şuşanın asanlıqla düşmənə tərk edilməsini unutmamalı və unutdurmamalıyıq. Biz o acı tarixi hər zaman qəlbimizdə yaşatmalıyıq. İndi isə Ali Baş Komanda cənab İlham Əliyevin də dediyi kimi, Şuşa, sən azad və biz səni dirçəldəcəyik!”

 

Nəzrin Cavid

Mənbə: pravda.az