F-35 tapmacası: Ankara özünü göstərib sözünü dedi

F-35 tapmacası: Ankara özünü göstərib sözünü dedi

Türkiyənin Birləşmiş Ştatlardan beşinci nəsil qırıcılar - F-35-in alacağı barədə xəbər dünəndən dünya mediasını bir-birinə vurub. Bu xəbər dostlarını sevindirib, düşmənlərini isə ciddi şəkildə narahat edib. Hadisələrin belə axarda gedəcəyini hətta ən optimistlər belə gözləmirdilər. Əksəriyyət gözləyirdi ki, ABŞ prezidenti Co Baydeninin qondarma erməni soyqırımının tanınması ilə ikitərəfli münasibətlərdə ciddi problemlərə yol açılacaq. Türkiyə sərt addımlarla çıxış edəcək. Ancaq Bayden məlum bəyanatından əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və müəyyən məsləhətləşmələr aparması bir çox mətləblərdən xəbər vermiş oldu. Bu o demək idi ki, ABŞ Türkiyəni əvvəlki tək regionda deyil, dünyada söz sahibi olan dövlətlərdən hesab edir. NATO tərəfdaşı olan ölkə ilə indiki dövrdə problemlər yaratmaq sərf etməzdi. "Soyqırımı" kəlməsini işlətməsi heç nəyi dəyişmir.

"ABŞ-ın məktubu də bizim düz yolda olduğunuzu göstərdi"

Yayılan xəbərlərə görə, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir ölkəsinin Vaşinqtondan F-35 qırıcılarının istehsalı üzrə məktub aldığını deyib. "Biz artıq bildirmişdik ki, heç bir ölkə birtərəfli qaydada F-35 proqramından çıxarıla bilməz. ABŞ-ın məktubu də bizim düz yolda olduğunuzu göstərdi"- deyə bildirib. Bİldirib ki, ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoq aparacaq.

Xatırladaq ki, aprel ayında ABŞ Türkiyənin Rusiyadan C-400 aldığı üçün F-35 satmağı qadağan etdiyi barədə xəbərlər yayılmışdı. Pentaqon əvvəl yayılan xəbərlərdə Türkiyəni rəsmi olaraq F-35 proqramından çıxardığı bildirilirdi. ABŞ bununla bağlı Ankaranı məlumatlandırmışdı da. Bildirilib ki, Türkiyənin 26 yanvar 2007-ci il tarixində imzaladığı birgə proqram ləğv edilib və yeni razılaşmaya Türkiyə daxil edilməyib. Əvvəllər proqramın iştirakçıları arasında Türkiyə ilə bərabər ABŞ, İngiltərə, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç yer alıb.

Türkiyə ilk mərhələdə 100 ədəd F-35A qırıcısını almağı öhdəsinə götürüb. 2018-ci ildə dörd F-35 qırıcısının, daha sonra isə iki F-35 təyyarəsinin mülkiyyəti Türkiyəyə verilib. Lakin Türkiyə ilə ABŞ arasında S-400 böhranı yaşandığı üçün bu altı təyyarə Türkiyəyə transfer edilməyib. O zaman prezident Ərdoğan bəyan etmişdi ki, ABŞ höküməti Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtina etsə, Ankara beynəlxalq arbitraja şikayət edəcək. "Beynəlxalq məhkəməyə gedərik. Alternativsiz bir dünyada yaşamadığımız unudulmamalıdır", - deyə Ərdoğan demişdi. Görünür, bu hədələrin də müəyyən rolu olub.

"Türkiyənin haqlı olduğu üzə çıxdı"

"Türkiyənin F-35 proqramına geri dönəcəyi ilə bağlı xəyal qurmaq əbəsdir. Bu bitdi". Bu sözləri isə Türkiyə mediasına müsahibəsində təqaüddə olan türkiyəli general Beyazit Karataş deyib. "F-35-lə bağlı müqavilədə "S-400 alsanız, F-35 proqramından çıxarlacaqsınız" deyə bir maddə yoxdur. Həm də müqavilədə hər hansı anlaşılmazlığın olacağı təqdirdə bütün ortaq ölkələr tərəfindən yoluna qoyulacağı yönündə cümlə vardır. Lakin ABŞ "heç kimlə məsləhətləşmədən mən səni çıxartdım" ədası ilə hərəkət etdi", - deyə Karataş bildirib.

Yekun

Bütün bunlaran hansı nəticəyə gəlmək olar? Qondarma erməni soyqırımının tanınmasından ermənilər qalib yox, məğlub duruma düşdülər. Təsadüfi deyil ki, dünya erməniləri bunu anlayaraq qondarça soyqırımlarının tanınmasını elə də böyük ruh yüksəkliyi ilə qarşılamadılar. Anladılar ki, hər zaman olduğu kimi, bu dəfə də onlardan bir iyrənc vasitə kimi istifadə edib kənara atdılar. Ermənistana gəldikdə isə ondan danışmağa dəyməz. Nikol Paşinyan gözəl başa düşürdü ki, ölkənin xilası avrointeqrasiyadan, demək Tükiyə ilə münasibətlərin normallaşmasından keçir. ABŞ prezidentinin qərarı da onlara ziyandan başqa bir şey vermədi və verməycək də. Ən önəmli olan Türkiyənin bu müddətdə çox praqmatik siyasət aparması oldu. Proseslərə soyuq başla, gərginlik yaratmadan yanaşma öz xeyrini verdi və bu proses gələcək də davam edəcək.

Azər Nuriyev

Mənbə: news.milli.az