ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

Azərbaycanın erməni işğalından azad olunan torpaqlarında minatəmizləmə əməliyyatları davam etdirilir.

"Report"un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, hazırda minatəmizləmə əməliyyatları Füzuli rayonu ərazisində də həyata keçirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları azad olunan ərazilərimizdə minaları aşkarlayaraq zərərsizləşdirirlər.

Mənbə: report.az