Şuşanı işağl etmiş erməni generala “qəhrəman” adı verildi

Şuşanı işağl etmiş erməni generala “qəhrəman” adı verildi

Prezident Armen Sarkisyanın fərmanı ilə general-mayor Arkadi Ter-Tadevosyan ölümündən sonra Ermənistanın milli qəhrəmanı adına layiq görülüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 1939-cu ildə Tbilisidə anadan olan general 1990-cı illərin əvvəllərində Azərbaycan torplaqlarına təcavüzdə aktiv şəkildə iştirak edib.

Qeyd edək ki, göstərilən sərəncamda Ter-Tadevosyanın, Ermənistan Silahlı Qüvvələrinin yaradılması və qurulmasında, vətəninin müdafiəsi və təhlükəsizliyindəki müstəsna xidmətlərinə görə ölümündən sonra Vətən ordeni ilə təltif olunduğu da bildirilir.

Aysel ƏHLİMANQIZI

Mənbə: modern.az