Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən şəhərinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi başlayıb.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.

Mənbə: news.day.az