FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi mayın 9-dan16-dəkbayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Zəngəzur dəhlizi açılacaq: İrəvanda kim olursa olsun...

SONRAKI XƏBƏR

Poliklinikalara qan analizatorunun verilməməsi uşaqların səhv müalicəsinə səbəb olur