İngiltərə Türkiyəni “qırmızı siyahı”ya daxil etdi

Böyük Britaniya Türkiyəni 10 günlük otel karantin şərtinin tətbiq olunduğu “qırmızı siyahı”ya daxil etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şepps açıqlama verib. O, Türkiyə də daxil olmaqla Nepal və Maldiv adalarının mayın 12-dən etibarən siyahıya əlavə ediləcəyini söyləyib.

Tətbiqlə əlaqədar olaraq Şepps bildirib ki, “qırmızı siyahı”da olan ölkələrdən gələnlər öz hesablarına 10 gün evdə deyil, oteldə özünü təcrid etməli və orada yerləşmə xərclərini ödəməlidirlər.

Qeyd edək ki, sözügedən siyahıda 40 ölkə yer alıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" - RƏY

SONRAKI XƏBƏR

Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb