ANAMA minatəmizləmə prosesinə 24 it cəlb edib

"Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) 38 it mövcuddur".

"Report"un xəbərinə görə bunu ANAMA-nın Horadiz Regioal İdarəsinin əməliyyatlara daxili nəzarət üzrə mütəxəssisi Azər Hüseynov Füzuliyə ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu itlərdən 20-si minaaxtaran it kimi fəaliyyət göstərir: "ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində açılmış seleksiya mərkəzində öz istifadəmiz üçün itlərin nəsli artırılır və yetişdirilir. Bu itlər öz yerli təlimatçılarımız tərəfindən minaxtaran it kimi hazırlanır. Bir itin doğulub boya-başa çatması, hazırlanması iki ilə başa gəlir. ANAMA-da minaaxtaran itlərdən başqa, 4 it partlayıcıların axtarılması üçün hazırlanıb. Bu itlər əsasən uçulmuş-dağılmış evlərdə, tərk edilmiş avtomobillərdə partlayıcı maddələrin axtarışında istifadə edilir".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Məşğulluq Xidmətindən qazinin iddialarına münasibət

SONRAKI XƏBƏR

Rusiya: Putin və Bayden arasında görüş ehtimalını hələ də nəzərdən keçiririk