Rusiya: Putin və Bayden arasında görüş ehtimalını hələ də nəzərdən keçiririk

Eastnews.org-un verdiyi xəbərə görə, Kreml ABŞ Prezidentinin rusiyalı həmkarı ilə görüşmək israrına cavab olaraq bildirib ki, məsələni nəzərdən keçirirlər.

Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında mümkün görüşü qəbul etməzdən əvvəl vəziyyətin qiymətləndiriləcəyini söyləyib:
"Əminəm ki, bunu edə bilərik. Görüş üçün Vaşinqton və Moskva arasında lazımi tənzimləmələr aparılır, lakin dəqiq vaxtı və yeri hələ müəyyənləşdirilməyib".
Bundan əvvəl Ağ Evin sözçüsü Jen Saki bu görüşün iki ölkə arasındakı gərginliyi azalda biləcəyini iddia etmişdi.

 

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Alman faşizmindən də betər faşizm

SONRAKI XƏBƏR

Ter Ştegen 2:8-dən danışdı