Putin İlham Əliyevə məktub göndərdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərini və vətəndaşlarını Böyük Vətən Müharibəsində qələbənin 76 illiyi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, Putin həmçinin Gürcüstan və Ukrayna xalqlarına da məktub göndərib:

“Bizim mənəvi borcumuz həmin sərt illərdəki hadisələr haqqında yaddaşı böyüyən nəsillərə ötürüb, qoruyaq. Biz gərək qəti şəkildə tarixin istənilən saxtalaşdırılması, Böyük Vətən Müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsi, nasistlərin törətdiyi vəhşiliklərə haqq qazandırılması cəhdlərinə qarşı birgə müqavimət göstərək”

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Burak Yılmaz İbrahimoviçə çatdı

SONRAKI XƏBƏR

Rusiyada Mi-8 helikopteri yoxa çıxıb