İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO

İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO

İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa, ermənilər yaşayan ərazilərə yük avtomobilləri ilə şübhəli məhsulların daşınması davam edir. Bu maşınları isə Laçın dəhlizində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları əraziyə buraxır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azad İran” teleqram kanalı görüntülər yayıb. Bildirilib ki, bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video daxil olub.

Qeyd edək ki, bir neçə gün əvvəl də “Azad İran” kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

Mənbə: qafqazinfo.az