İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb

İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb

Bakı. Orxan Nəbiyev - Trend:

İsveçdə keçirilən hərbi təlimlər zamanı soyuqdəymə və COVID-19 simptomları aşkar edilən 200 qvardiyaçı geri göndərilib.

Trend-in məlumatına görə, əsgərlərdə koronavirusun olub-olmaması ilə əlaqədar testlər aparılacaq.

"Cənub cəbhəsi-21" hərbi təlimlərində 3,5 min hərbçi iştirak edir.

Bu, pandemiya dövründə ölkədə keçirilən ilk irimiqyaslı təlimlər olub.

Mənbə: az.trend.az