Almaniya XİN başçısı: "Faşizm ideyası tamamilə aradan qalxmayıb"

“Dünyanı faşizmdən azad etmək uğrunda həyatlarını riskə atanlara, qurban verənlərə təşəkkür edirik”.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Avropada İkinci Dünya müharibəsinin bitməsi ilə bağlı mayın 8-də tvitter səhifəsində yazıb.

“Təəssüf ki, faşizm ideyası bu gün də tamamilə aradan qalxmayıb. Hər gün birlikdə demokratiya və azadlığı müdafiə etməliyik”, - o yazıb.

Xatırladaq ki, Almaniya Avropada İkinci Dünya müharibəsinin bitməsini və milliyyətçi-sosializmdən azad edilməsini mayın 8-də qeyd edir. 1945-ci il mayın 8-dən 9-na keçən gecə Hitler Almaniyası tam və qeyd-şərtsiz kapitulyasiya aktını imzalayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Lənkəranda keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb

SONRAKI XƏBƏR

Britaniya səfiri Suraxanıda gölün ətrafını təmizlədi - FOTO