Hulusi Akar: “Azərbaycan bizim qardaşımızdır, bunu 44 günlük mübarizədə təsdiqlədik” - VİDEO

“Azərbaycan bizim qardaşımızdır”.

Bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Xüsusi Silahlı Qüvvələri ilə görüşdə deyib.

“Azərbaycanla münasibətimizdə həqiqətən də iki dövlət, bir millət, bir yumruq, bir ürək olduğumuzu bir daha göstərdik. Bunu xüsusilə, 44 günlük mübarizədə açıq formada təsdiqlədik.

Azərbaycanın 30 ildən bəri işğal altında olan torpaqlarını azad etmək üçün Türkiyə başda prezidenti, Silahlı Qüvvələri olmaqla lazımi bütün təlimatlara dəstək verdilər”, - deyə H.Akar vurğulayıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qüdsdə toqquşma: Xamenei İsraili “terror qarnizonu” adlandırdı

SONRAKI XƏBƏR

Lənkəranda keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb