Koronavirus dərmanı istehsalçısı ilk dəfə xalis mənfəət əldə edib

COVID-19-a qarşı peyvənd dərmanları istehsalçısı olan ABŞ-ın “Moderna” biotexnologiya şirkəti bu ilin birinci rübündə tarixində (2010-ci ildən bu yana) ilk dəfə xalis mənfəət əldə edib.

“Report” xəbər verir ki, 1,2 milyard ABŞ dolları həcmində mənfəətə nail olan şirkətin mədaxili 1,9 milyard dollar olub ki, bunun da 1,7 milyard dolları koronavirusa qarşı peyvənd dərmanı satışının payına düşür. Ötən ilin birinci rübündə 124 milyon dollarlıq xalis zərər etmişdi.

Bu ilin sonunadək “Moderna” 1 milyard doza, gələn il də 3 milyard doza dərman istehsal etmək niyyətindədir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

SONRAKI XƏBƏR

Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək