Mediaya ÇAĞIRIŞ:“Düşmənin yaydığı xəbərlərdə diqqətli olaq”

“Ermənistandan yayılan və bizə ötürülən xəbərlərdə bir az diqqətli olmağın tərəfdarıyam”.

Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Analitikin sözlərinə görə, hansısa erməni saytı xəbər yaydı ki, “Rusiyanın xarici işlər nazir Sergey Lavrovun İrəvanda erməniləri məyus etdi”. Erməni saytına istinadən yaydığımız bu başlıq informasiya məkanımızda geniş yer aldı:

“Lavrov erməniləri nə ilə məyus etdi ki? Əksinə İrəvanda deyib ki, Zəngəzur dəhlizi tərəflərin razılığı ilə işə düşə bilər. Yəni Lavrovun sözlərindən belə çıxıb ki, ermənilər istəməsə, Zəngəzur dəhlizi zorla işə düşə bilməz. Halbuki, Azərbaycan prezidentinin açıqlaması fərqli idi. Və ya hansısa erməni saytı xəbər yayıb ki, “Rusiya sülhməramlılarının komandanı Rüstəm Məmmədov 9 may Qələbə gününə qədər Xocavənddə faşist Qaregin Njdenin heykəlini yığışdırmağı əmr edib”. Bu xəbəri də geniş şəkildə yaydıq. Bu gün 8 maydır, heykəl yığışdırılıbmı?”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Meyxanaçı Ağakərimin səhhətindən XƏBƏR VAR: "Ümid..."

SONRAKI XƏBƏR

CBC radiosu Qarabağda yayıma başlayıb