İsmayıllı rayonunda 9 may “Qələbə Günü” qeyd olunub - FOTOLAR

İsmayıllı rayonunda  9 may “Qələbə Günü” qeyd olunub - FOTOLAR

İsmayıllı rayonunda pandemiya qaydalarına uyğun olaraq 9 may Qələbə günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşlsrı, Müharibə, Əmək və Silahlı qüvvələr veteranları şürasının İsmayıllı rayon şöbəsinin sədri, ictimaiyyət nümayəndələri, idarə və müəssisələr iştirak ediblər.


Tədbir iştirakçıları 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.


Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi də bir dəqiqəlik sükutla yad olunub.


Daha sonra Qələbənin 76-cı ildönümü ilə əlaqədar rayonda Böyük Vətən müharibәsinin iştitakçıları evilərindә ziyarәt olunub. Hacıhətəmli, Tircan və Kürdmaşı kəndlərində yaşayan veteranlarla Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları ziyarət edib. Onlar üçün bayram sovqatları təşkil olunub,


Xoş təsürratlarla keçən görüş zamanı veteranlar qonaqlarla xatirələrini bölüşərək bildiriblər ki, 1941-1945-ci illərdə İsmayılldan faşizmə qarşı mübarizədə xeyli insan fədakarlıq göstərib, Böyük Vətən müharibəsində arxa cəbhənin əməkçilərinin də xidmətlərinin danılmaz olduğunu vurğulayıblar.


Görüş zamanı veteranlar, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib, hər il ölkə rəhbəri tərəfindən onlara birdəfəlik maddi yardım göstərildiyini qeyd ediblər. Həmçinin göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Ötən il bizim üçün həm çətin, həm də əlamətdar il kimi yadda qaldı. İlin əvvəlindən dünyanı cənginə alan pandemiya və daha sonra mənfur qonşularımızın cəbhə xəttinə təcavüzü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun gücü ilə intiqamımızı düşməndən aldıq. Şəhidlərimizin qanının yerdə qalmadığını bildirən Hacıhətəmli kəndindən olan Böyük vətən müharibəsi iştirakçısı, həmçinin şəhid atası olan Həbulla Ağayev arzusuna çatdığını bildirib.


Kürdmaşı kəndində məskunlaşan Ağdam rayon sakini Şura Namazov artıq məcburi köçkün olmadığını sevinclə qeyd etmiş, bu günü yaşadanlara minnətdar olduğunu söyləyib.


Tircan kəndində yaşayan 97 yaşlı Babakişi Fətullayev onu ziyarət edənlərə öz təşəkkürünü bildirib və qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı gedib əsgərlərimizlə döyüşə bilməsəmdə arxa cəbhədə nəsə etməyi özümə borc bildim və bir aylıq təqaüdümü Silahlı Qüvvələrin Yardım Fonduna köçürdüm. Qələbəni yaşadanlarla fəxr etdiyini qeyd edib.


Ziyarətçilər səmimi keçən söhbətdən məmnunluqlarını bildirib və xatirə şəkili çəkdiriblər.


Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür.


Qeyd edək ki, hazırda İsmayıllı rayonunda 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, olmaqla 83 nəfər arxa cəbhə və onların dul arvadları yaşayır.

Mənbə: buta.ws