Neonasizm Rusiya üçün qəbuledilməzdir - Peskov

Neonasizm Rusiya üçün qəbuledilməzdir - Peskov

Avropada yayılmış neonasizmin təzahürləri Rusiya üçün qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Heç kimə sirr deyil ki, Avropa ölkələrində neonasistlər baş qaldırıb və avropalılar da onlarla mübarizə aparır. Əlbəttə, bu bizim ölkə üçün qəbuledilməzdir. Ukraynada, Baltikyanı ölkələrdə yenə həmin neonasistləri görürük”, - Peskov bildirib.

Mənbə: axar.az