Faşist Almaniyasının liderlik istəyi - VİDEO

1939-cu ildə faşist Almaniyası dünyanın ikinci müharibəsinin başlanmasına səbəb oldu.

Məqsəd isə Almaniyanın bütün dünyaya hakimlik etmə istəyi idi. Çünki Hitlerə elə gəlirdi ki, almanlar ali xalqdır və onlar da dünyanı idarə etməlidir.

1939-cu ildə Sovet dövləti ilə Almaniya arasında hücum etməmə haqqında müqavilənin bağlanmasına baxmayaraq 1941-ci ildə bu sənədin bütün tələbləri pozuldu. Almaniya Sovet dövlətinə müharibə elan etdi.

Əslində hər iki tərəf imzalanan müqavilənin yalnız kağız üzərində olduğunun fərqində idi. Daha güclü hazırlığa malik olan ölkə müharibənin başlamasına vəsilə olacaqdı.

Özünü daha güclü, daha hazırlıqlı bilən Almaniya müharibəyə start verdi.

Dünya ölkələri başa düşürdü ki, əgər faşist Almaniyası Sovet İttifaqını işğal etsə bu dünyanın işğal olunması anlamına gəlir. Bu səbəbdən bir tərəfdən İngiltərə, digər tərəfdən isə ABŞ Sovet dövlətinə kömək edilməsi məqsədilə ikinci cəbhənin açılmasına razılıq verdi.

İkinci cəbhə 1944-cü ildə Fransa tərəfdən açıldı. Həmin ilə qədər Sovet dövlətinə kifayət qədər yardımlar edildi.

Müharibə zamanı 60 milyondan artıq insanın həyatına son qoyuldu, 100 minlərlə insan isə şikəst oldu.

Azərbaycandan da 600 min insan bu müharibədə iştirak edib. Nəticədə onlardan 300 mini həlak olub. Məhz bu məqsədlə onların xatirəsinə ehtiram əlaməti olaraq 9 may qələbə bayramı kimi qeyd olunur.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Şuşaya niyə gəlir? - Tarixi səfərin bəzi detalları MƏLUM OLDU

SONRAKI XƏBƏR

Aparıcı Zümrüd açıq-saçıq geyimi ilə gündəmdə - FOTO