Moskvada Azərbaycan pavilyonunda II Dünya müharibəsində həlak olanların xatirəsi yad edilib

Moskvada Azərbaycan pavilyonunda II Dünya müharibəsində həlak olanların xatirəsi yad edilib

Moskvada Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisindəki Azərbaycan Sərgi və Ticarət Mərkəzində İkinci Dünya müharibəsində həlak olan əsgərlərin xatirəsinə qoyulmuş rəmzi əbədi alov qarşısına gül dəstələri qoyulması mərasimi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycan pavilyonunun rəhbərliyi tərəfindən təşkil edilib.

Qonaqlara Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş arxiv fotolarından ibarət sərgi nümayiş olunub.

Gün ərzində ziyarətçilər Azərbaycan kinostudiyalarının istehsal etdiyi filmlərə baxa bilərlər.

Böyüklər və uşaqlar üçün İkinci Dünya müharibəsi mövzusunda viktorina keçirilib.

Mənbə: report.az