Londonun müsəlman meri yenidən seçilib

Londonun müsəlman meri yenidən seçilib

Londonun ilk müsəlman meri Sadiq Xan yenidən öz vəzifəsinə seçilib.

Bu barədə BBC məlumat yayıb.

Müxalif Leyboristlər partiyasının üzvü olan Xan seçkilərdə 55,2%, onun mühafizəkar rəqibi Şon Beyli isə 44,8% səs toplayıb.

Qeyd olunub ki, hələ ötən ilin may ayında keçirilməli olan seçkilər pandemiya səbəbindən bir il təxirə salınıb.

Xatırladaq ki, Sadiq Xan 1970-ci ildə Londonda, əslən pakistanlı olan çoxuşaqlı ailədə doğulub. O, ilk dəfə 2016-cı ildə şəhər rəhbəri seçilib.

Mənbə: www.oxu.az