Böyük görüş olacaq: Yaponiya, ABŞ və Cənubi Koreya... - KİV

Böyük görüş olacaq: Yaponiya, ABŞ və Cənubi Koreya... - KİV

Yaponiya, ABŞ və Cənubi Koreyanın kəşfiyyat xidmətlərinin rəhbərləri yaxın vaxtlarda Tokioda üçtərəfli görüş keçirməyi planlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar gələn həftə baş tuta bilər. Əsas mövzu isə KXDR problemi və Koreya yarımadasındakı vəziyyət olacaq.

Qeyd edilir ki, bu, ABŞ Prezidenti Co Baydenin hakimiyyətə gəlişindən sonra ilk üçtərəfli görüşdür.

Mənbə: axar.az