Azərbyacan çempionatının oyununda faşizm üzərində Qələbə Günü qeyd olundu

Azərbyacan çempionatının oyununda faşizm üzərində Qələbə Günü qeyd olundu

Azərbaycan Premyer Liqasının XXVI turunda üz-üzə gələn "Sabah" və "Qarabağ" komandaları oyundan öncə Böyük Vətən müharibəsində Qələbənin 76 illiyini qeyd ediblər.

"Report"un məlumatına görə, Ağdam və Masazır təmsilçiləri meydana üzərində "Babalarımızın zəfər mirası" sözləri yazılmış xüsusi bannerlə çıxıblar.

Qeyd edək ki, görüş "Bank Respublika Arena"da keçirilir.

Mənbə: report.az