Paşinyandan daha bir faşist bəyanat: “Türklərlə, əlbəttə, düşmənik”

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistanın Martuni şəhərində əhali qarşısında çıxışı zamanı türklərlə münasibətlərə də toxunub.

Bizim.Media xəbər verir ki, Paşinyan bu çıxışını öz feysbuk hesabında paylaşıb.


Baş nazir çıxışında “Türklərlə düşmənçiliyin” idarə olunmasının vacibliyini vurğulayıb.

“Yenə də düşmənçilik haqqında danışmaq istəyirəm. Bu mövzunu süni şəkildə kimin işıqlandırdığını bilmirəm."

“Türklərlə düşmənik ya yox?” Əlbəttə, düşmənik və bu kiminsə bu cür ifadələr səsləndirməsi səbəbindən deyil. Bu düşmənçilik idarəedilən olmalıdır.”-deyə Paşinyan çıxışında bildirib.

“Regional düşmənçiliyin idarəolunmaz hala gəlməsinə icazə verməyəcəyik. Əks halda bu yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün fəlakətlərə səbəb olacaq.”-deyə baş nazir sözlərinə əlavə edib.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ərinin vəfatından 22 gün sonra koronavirusdan dünyasını dəyişdi

SONRAKI XƏBƏR

Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib - FOTO