Putin və Lukaşenko bir-birilərini təbrik etdi

Putin və Lukaşenko bir-birilərini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Liderlər Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.

Dövlət başçıları həmçinin gündəlikdə duran ikitərəfli məsələləri müzakirə edib, Rusiya-Belarus partnyorluğu və ittifaqının gücləndirilməsi yönündə qarşılıqlı inamın olduğunu bir daha təsdiqləyiblər.

Mənbə: axar.az