Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan

Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan

Bakı. Trend:

Türklərlə düşmənçilik idarəolunan olmalıdır, əks təqdirdə təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətlə üzləşmək olar.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib: "Biz uşaqlara dinc, sabit bölgə saxlamalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks təqdirdə, təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətlə üzləşmək olar".

Mənbə: az.trend.az