BMT-dən İsrailə çağırış

BMT-dən İsrailə çağırış

İsrail təhlükəsizlik qüvvələri söz, təşkilatlanma və toplaşmaq azadlığına icazə verməlidir.

Axar.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Komissarlığının sözçüsü Rupert Kolville deyib.

"Hər cür zorakılıq, zorakılığa təhrik, etnik ayrı-seçkiliyi və təxribatları qınayırıq. Etiraz etməyənlərin - sadəcə namaz qılanların və ya iftarlarını açanların təhlükəsizlik qüvvələri tərəfindən məruz qaldığı rəftar tamamilə səbəbsizdir. Hüquqlarından dinc şəkildə istifadə edənlərə qarşı heç bir güc tətbiq edilməməlidir", - deyə Kolville bildirib.

O, zorakılığın uşaqlar üzərindəki təsirindən narahat olduqlarını bildirib:

"Saxlanılan uşaqlar sərbəst buraxılmalı, gərginlik azalmalıdır".

Mənbə: axar.az