Avropa İttifaqı vaksinasiya sənədi ilə səyahətlərin bərpasına çalışır

Avropa İttifaqı vaksinasiya sənədi ilə səyahətlərin bərpasına çalışır

Regionda COVID-19 yoluxmaları azalmağa başladığı üçün Avropa İttifaqı nazirləri Brüsseldə bir araya gələrək, tam vaksinasiya olmuş turistlərin yay tətili mövsümündə qitədə səyahətini asanlaşdırmaq üçün hazırlanmış "yaşıl sertifikat" səyahət sənədi barədə razılığa gəlməyə ümid edirlər.

Aİ-nin icraçı orqanı Avropa Komissiyası ilk dəfə bu ilin əvvəlində peyvənd olunmuş şəxslərin müəyyən məkanlara və ya tədbirlərə girişinə icazə verən İsraildə çıxarılan “Yaşıl sənəd”dən sonra hazırlanan planı təklif etmişdi.

Avropada Komissiya sertifikatların peyvənd olunduğunu sübut edə biləcək Aİ sakinlərinə, eyni zamanda virusa qarşı test nəticələri mənfi olan və ya ondan sağaldığına dair sübuta sahib olanlara qitə boyu sərbəst hərəkət etmələrini təmin edəcəklərini təklif edib.

Aİ parlamenti COVID-19 sertifikatlarının üzv ölkələrin sertifikat sahiblərinə karantinlər, testlər və ya özünü təcridetmə tədbirləri kimi əlavə məhdudiyyətlər qoymadan, asanlıqla səyahət etmələrini təmin etməsini istəyir. Ancaq sərhəd nəzarəti, üzv ölkələrin təşəbbüsün öhdəsindən gəlməsi üçün əngəllər qoyaraq suveren bir hüquq olaraq gördükləri bir məsələdir.

Görüşdən əvvəl jurnalistlərə danışan Almaniyanın Avropa naziri Maykl Rot məsələnin həllinin “son dərəcə vacib” olduğunu qeyd edib. “Bu, yalnız bir neçə ölkə üçün vacib deyil. Hamımız üçün vacibdir, çünki bu, birlikdə hərəkət edə biləcəyimizi və Avropa İttifaqında hərəkət azadlığı və hərəkətliliyi üçün açıq bir siqnal verə biləcəyimizi ifadə edən bir simvoldur" - deyə, o qeyd edib.

Rotun fransalı həmkarı Klement Byuno səyahət mövzusunda bir həllə nail ola biləcəyinə inandığını bildirib. Bununla birlikdə, o, COVID-19 ilə mübarizədə Aİ koordinasiyasının yay başlamazdan əvvəl vacib olduğunu deyib.

Avropa Komissiyası Aİ-nin yetkin əhalisinin 70 faizinin yay aylarına qədər peyvəndlənəcəyini proqnozlaşdırır. Sözügedən qurumun çərşənbə axşamına olan məlumata görə, Aİ-dəki yetkinlərin 32%-i ən azı bir doza peyvənd alıb.

 

 

 

Mənbə: www.amerikaninsesi.org