Yəmənli lider ərəb ölkələrinə və İslam ümmətinə çağırış etdi

Yəmənli lider ərəb ölkələrinə və İslam ümmətinə çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşad Fələstin ilə bağlı ərəb və müsəlman ölkələrə çağırış edib.

O, bu barədə verdiyi açıqlamada vurğulayıb ki, ərəb ölkələri və İslam ümməti Fələstin xalqına dəstək vermək üçün hərəkətə keçməlidir.

"Bütün ABŞ və işğalçı İsrail məhsulu olan məhsullar boykot edilməlidir. Əlaqələrin normallaşdırılması daxil bütün razılaşmalar da ləğv olunmalıdır", - deyə Mehdi əl-Məşad diqqətə çatdırıb.

Mehdi əl-Məşad açıqlamasında qeyd edib ki, Fələstində qadınlara və uşaqlara edilən hücumlar bütün vicdanlı insanları narahat edir.

Mənbə: eastnews.org