Dəmir yumruğun bir parçası - VİDEO

Dəmir yumruğun bir parçası - VİDEO

Naxçıvan elə bir mövqedə yerləşir ki, buranı qorumaq hər zaman çətin olub. MR-nın Azərbaycanla quru əlaqəsi yoxdur. Amma bu çətinliklərə baxmayaraq Naxçıvan həm iqtisadi, həm sosial, həm də hərbi güc baxımından fəqlənib. Bu güc Vətən Müharibəsi zamanı bir daha öz sözünü dedi, həm hərbi texniki üstünlüyü, həm də döyüşən hərbçiləri ilə

44 günlük vətən müharibəsində Azərbaycanın bütün bölgələrindən olduğu kimi Naxçıvan Muxtar Respublikasından hərbçilər iştirak etdi. Qələbədə hər bir şəhidin, hər bir qazinin rolu var, həmçinin şəhid Malik Əliyevin. Malik Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. O, Heydər Əliyev adına Hərbi Liseydə və Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib. Şərəfli xidməti ilə bacıları da fəxr edir.

Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Vətən müharibəsində vətəninin, dövlətinin ərazi bötüvlüyü uğrunda canlarından keçənlərin ruhununun əbədiləşdirilməsi dövlətin ən ali vəzivələrdəndir.

Bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana səfəri zamanı şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da Malik Əliyevin kimi torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar. Bu həm də Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda yüksək hərbi hazırlığın göstəricisidir.

Beləliklə, şəhidlər, qazilər və böyük ordu quruculuğu “dəmir yumruğ”da birləşərək Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi.

REAL
 

 

Mənbə: www.realtv.az