Baydendən Mahmud Abbasa məktub

Baydendən Mahmud Abbasa məktub

ABŞ Prezidenti Co Bayden Fələstin lideri Mahmud Abbasa məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, Baydenin məktubunda ​​son siyasi hadisələr, mövcud vəziyyət və ABŞ-la Fələstin dövləti arasındakı ikitərəfli münasibətlər barədə fikirlər yer alıb.

Qeyd edək ki, bu məktub Baydenin prezident seçilməsindən bəri iki tərəf arasında ilk təmas hesab edilir.

Mənbə: axar.az