"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu olub

"Mançester Siti" komandası 2020/21 mövsümündə vaxtından əvvəl futbol üzrə İngiltərə çempionu olub.

“Report” xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan "Mançester Yunayted"in “Lester”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.

Xosep Qvardiolanın yetirmələri "Mançester Yunayted"i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

SONRAKI XƏBƏR

"Old Trafford"da qələbə qolunu türk futbolçu vurdu