ABŞ diplomatı: Uyğurlara işgəncə verilir

ABŞ diplomatı: Uyğurlara işgəncə verilir

BMT-nin iclasında Çinin uyğurlara qarşı yürütdüyü siyasət müzakirə edilib.

Axar.az xəbər verir ki, BMT-nin daimi nümayəndələri Çin rəhbərliyinə çağırış edərək uyğurlara qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Bundan əlavə, iclasda BMT-nin İnsan Haqları Komissarının bölgəyə girişinə icazə verilməsi istənilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild uyğurlara işgəncə verildiyini təsdiqləyib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu isə uyğur türklərinin sülh və firavanlıq içində yaşadıqlarını və Çin vətəndaşları ilə bərabər hüquqlara sahib olduqlarını görmək istədiklərini vurğulayıb.

Mənbə: axar.az